Avropa liqaları

"Bavariya"dan 5 cavabsız qol - Video

  • 2021-12-15

"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb. 

Münhen təmsilçisi 16-cı turda "Ştutqart" ilə qarşılaşıb. Komanda rəqibini darmadağın edib - 5:0. 

Serj Qnabri görüşdə het-trik edib, Levandovski isə dubla imza atıb. 

Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 40 xalla liderdir. "Ştutqart" isə 17 xalla 15-cidir. 

"Ştutqart" - "Bavariya" - 0:5

Qollar: Qnabri, 40, 53, 74, Lvandovski, 69, 72