"Barselona" Aquero üçün konfrans keçirir
Avropa liqaları

"Barselona" Aquero üçün konfrans keçirir

  • 2021-12-14

"Barselona" futbolçusu Serxio Aquero üçün mətbuat konfransı keçirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konfrans sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə "Barselona"nın prezidenti Joan Laporta da çıxış edəcək.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, konfransda Aqueronun karyerasını başa vurduğunu açıqlayacağı gözlənilir. 33 yaşlı hücumçu oktyabrın 30-da "Alaves"lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra hələ də yaşıl meydanlara qayıtmayıb.

Qeyd edək ki, Aquero bu ilin yayında "Mançester Siti"dən "Barselona"ya keçib.