"Qalatasaray"da Muslera şoku
Avropa liqaları

"Qalatasaray"da Muslera şoku

  • 2021-12-14

"Qalatasaray" Türkiyə Superliqasının 16-cı turunda "Sivasspor"la matçda (0:1) zədələnən qapıçısı Fernando Musleranın son durumu ilə bağlı açıqlama yayıb.

İstanbul təmsilçisinin saytına istinadən, uruqvaylı qolkiperin sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb. Onun müalicəsinə başlanıldığı bildirilib.

35 yaşlı qapıçının 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.