"Legiya"nın azarkeşləri komandaya hücum etdilər
Avropa liqaları

"Legiya"nın azarkeşləri komandaya hücum etdilər

  • 2021-12-13

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın azarkeşləri komandaya hücum ediblər.

"Interia" nəşrinə istinadən, hadisə Varşava təmsilçisinin  Polşa çempionatının son turunda Plotsk "Visla"sına uzumasından (0:1) sonra baş verib.

Azarkeşlər oyun başa çatdıqdan dərhal sonra klubun bazasına yollanıblar. Onlardan bəziləri komandanın avtobusa daxil olaraq qarşıdurma yaradıblar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adları açıqlanmayıb. Polis dərhal hadisə yerinə gəlib.

Həmçinin qeyd olunub ki, oyunda sonra baş məşqçi Marek Qolebiyevski futbolçularla vidalaşıb daha sonra istefa verib.

Qeyd edək ki, "Legiya" Polşa çempionatında 12 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda son 10 oyunun 9-unda uduzub.