Madrid derbisinin qalibi "Real" oldu
Avropa liqaları

Madrid derbisinin qalibi "Real" oldu

  • 2021-12-13

La Liqanın 17-ci turunda Madrid derbisi gerçəkləşib.

"Real" "Atletiko"nu qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Atletiko" - 2:0
Qollar
: Benzema, 16, Asensio, 57

Bu qələbə ilə xalını 42-yə yüksəldən "Real" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Sevilya" 34 xalla 2-ci, "Betis" 33 xalla 3-cüdür. "Atletiko" isə 29 xalla 4-cü pillədə qərarlaşıb.