Ronaldonun qol vurduğu 120-ci klub
Avropa liqaları

Ronaldonun qol vurduğu 120-ci klub

  • 2021-12-12

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün İngiltərə Premyer Liqasının 16-cı turunda "Norviç"lə matç (1:0) əlamətdar olub.

"Sky Sports Statto"ya istinadən, sözügedən görüşdə penaltidən fərqlənən portuqaliyalı hücumçu klub karyerasında qol vurduğu komandaların sayını 120-yə yüksəldib.

Qeyd edək ki, Ronaldo ümumilikdə 160 kluba qarşı oynayıb.