Bundesliqada dünənin nəticələri
Avropa liqaları

Bundesliqada dünənin nəticələri

  • 2021-12-12

Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.

Dünən daha 6 qarşılaşma oynanılıb. "Herta" "Arminiya"nı məğlub yola salıb. "Frayburq" evdə "Hoffenhaym"a, "Volfsburq" isə "Ştutqart"a uduzub.

Lider "Bavariya" bu turda "Maynts"ı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Dortmund "Borussiya"sının rəqibi "Boxum" olub. Qonaqlar bu görüşdən xal itkisi ilə ayrılıblar.

 "Leyptsiq" doğma meydanda Münhenqladbax "Borussiya"sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Almaniya Bundesliqası

11 dekabr

"Bavariya" – "Maynts" - 2:1

Qollar: Koman, 53. Musiala, 74 – Onisivo, 22.

"Boxum" – "Borussiya" (Dortmund) - 1:1

Qollar: Polter, 40-pen – Brandt, 85.

"Herta" – "Arminiya" - 2:0

Qollar: Yovetiç, 53. Selke, 90+5.

"Leyptsiq" – "Borussiya" (Münhenqladbax) - 4:1

Qollar: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.

"Frayburq" – "Hoffenhaym" - 1:2

Qollar: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.

"Volfsburq" – "Ştutqart" - 0:2

Qollar: Mavropanos, 25. Forster, 63.