Yekun siyahı, püşkün vaxtı, səbətlərin tərkibi
Avropa liqaları

Yekun siyahı, püşkün vaxtı, səbətlərin tərkibi

  • 2021-12-10

UEFA-nın 3 turniri - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə qruplardan çıxan komandaların yekun siyahısını, püşkatmanın vaxtını və "səbətlər"in tərkibini diqqətinizə çatdırır.

Çempionlar Liqası

Qrup qalibləri

"Ayaks" (Niderland)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Lill" (Fransa)
"Mançester Siti" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Real" (İspaniya)
"Yuventus" (İtaliya)

Qrup ikinciləri

"Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya)
"Vilyareal" (İspaniya)
"Zalsburq" (Avstriya)
"İnter" (İtaliya)
"PSJ" (Fransa)
"Sportinq" (Portuqaliya)
"Çelsi" (İngiltərə)

1/8 finalın püşkatma mərasimi dekabrın 13-ü, Bakı vaxtı ilə saat 15.00-da başlanacaq. Püşkdə qrup qalibləri "səpələnmişlər", qrup ikinciləri "səpələnməmişlər" səbətində yer alacaqlar. Bu mərhələnin ilk oyunları 2022-ci ilin 15/16/22/23 fevral, cavab matçları 8/9/15/16 mart tarixlərində keçiriləcək.

Avropa Liqası

Qrup qalibləri (1/8 finala birbaşa vəsiqə qazanıblar)

"Ayntraxt" (Almaniya)
"Bayer" (Almaniya)
"Vest Hem" (İngiltərə)
"Qalatasaray" (Türkiyə)
"Lion" (Fransa)
"Monako" (Fransa)
"Spartak" (Rusiya)
"Srvena Zvezda" (Serbiya)

Qrup ikinciləri (1/8 finala vəsiqə üçün "pley-off"da oynayacaqlar)

"Betis" (İspaniya)
"Braqa" (Portuqaliya)
"Dinamo Zaqreb" (Xorvatiya)
"Latsio" (İtaliya)
"Napoli" (İtaliya)
"Olimpiakos" (Yunanıstan)
"Reyndjers" (Şotlandiya)
"Real Sosyedad" (İspaniya)

"Pley-off"da oynayacaq daha 8 komanda (Çempionlar Liqasında qrup üçüncüsü olublar)

"Atalanta" (İtaliya)
"Barselona" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya)
"Zenit" (Rusiya)
"Leyptsiq" (Almaniya)
"Portu" (Portuqaliya)
"Sevilya" (İspaniya)
"Şerif" (Moldova)

"Pley-off"un püşkatma mərasimi dekabrın 13-ü, Bakı vaxtı ilə saat 16.00-da başlanacaq. Qrup ikinciləri "səpələnmişlər", ÇL-in qrup üçüncüləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar. Bu mərhələnin ilk oyunları 2022-ci ilin 17 fevral, cavab görüşləri 24 fevral tarixində keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-i, oyunları isə 10 mart/17 mart tarixlərində olacaq.


Konfrans Liqası

Qrup qalibləri (1/8 finala birbaşa vəsiqə qazanıblar)

"Alkmaar" (Niderland)
"Bazel" (İsveçrə)
"Gent" (Belçika)
"Kopenhagen" (Danimarka)
"LASK" (Avstriya)
"Renn" (Fransa)
"Roma" (İtaliya)
"Feyenoord" (Niderland)

Qrup ikinciləri - (1/8 finala vəsiqə üçün "pley-off"da oynayacaqlar)

"Bude-Qlimt" (Norveç)
"Qarabağ" (Azərbaycanda)
"Makkab" (Tel-Əviv, İsrail)
PAOK (Yunanıstan)
"Partizan" (Serbiya)
"Ranners" (Danimarka)
"Slaviya" (Çexiya)

Sonuncu - 8-ci iştirakçı hava şəraitinə görə təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşmasından sonra müəyyənləşəcək. İngilislər yalnız qələbə qazanacağı halda qrup ikincisi ola bilərlər. Əks halda növbəti mərhələyə hazırda ikinci yerdə olan "Vitess" (Niderland) yüksələcək.

"Pley-off"da oynayacaq daha 8 komanda (Avropa Liqasında qrup üçüncüsü olublar)

"Lester" (İngiltərə)
"Mitüllland" (Danimarka)
"Olimpik" (Fransa)
PSV (Niderland)
"Rapid" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Sparta" (Çexiya)
"Fənərbaxça" (Türkiyə)

"Pley-off"un püşkatma mərasimi dekabrın 13-ü, Bakı vaxtı ilə saat 17.00-da başlanacaq. Qrup ikinciləri "səpələnmişlər", AL-in qrup üçüncüləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar. Bu mərhələnin ilk oyunları 2022-ci ilin 17 fevral, cavab görüşləri 24 fevral tarixində keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-i, oyunları isə 10 mart/17 mart tarixlərində olacaq.