Daha bir futbolçu karyerasını bitirdi
Avropa liqaları

Daha bir futbolçu karyerasını bitirdi

  • 2021-12-10

"Yuventus"və "Bavariya"nın sabiq futbolçusu Medhi Benatya karyerasını başa vurub.

Mərakeşli müdafiəçi bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, 34 yaşında peşəkar karyerasını bitirib.

Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü Fransada "Marsel", "Loryan", "Klermon", İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib. Benatyanın son klubu Türkiyə "Karagümrük"ü olub.