"Qarabağ" Avropanın TOP-20-liyində
- 2021-12-09
Hazırda Avropa kuboklarının ardıcıl qrup mərhələlərində mübarizə aparan 20 klub müəyyənləşib.
Bu haqda jurnalist Rasim Mövsümzadə apardığı statistikaya əsasən paylaşım edib. Həmin 20 klub sırasında Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdam klubu 2014-15 mövsümündən başlayaraq, ardıcıl 8 mövsümdür ki, Avropa kuboklarının qruplarında (Avropa Liqası (6), Çempionlar Liqası (1) və Konfrans Liqası (1) yarışır. Bu nəticəyə görə, Qurban Qurbanovun komandası "Roma" ilə birgə 19-20-ci yerləri bölüşdürür.
Hazırda avrokuboklarda ardıcıl qrup mərhələsində çıxış edən klubların tam siyahısı isə belədir:
"Bavariya" (Almaniya)– 1997/98-ci il mövsümündən
"Real" (Madrid, İspaniya) – 1997/98
"Portu" (Portuqaliya) – 2003/04
"Barselona" (İspaniya) – 2004/05
"Benfika" (Portuqaliya) – 2004/05
"Şaxtyor" (Ukrayna) – 2004/05
"Dinamo" (Kiyev, Ukrayna) – 2006/07
"Atletiko" (Madrid, İspaniya) – 2007/08
"Borussiya" (Dortmund, Almaniya) – 2010/11
"Mançester Siti" (İngiltərə) – 2010/11
"Napoli" (İtaliya) – 2010/11
"PSJ" (Fransa)– 2010/11
"Tottenhem" (İngiltərə) – 2010/11
"Zenit" (Rusiya) – 2010/11
"Seltik" (Şotlandiya) – 2011/12
"Olimpiakos) (Yunanıstan) – 2011/12
"Yuventus" (İtaliya) – 2012/13
"Sevilya" (İspaniya) – 2013/14
"Qarabağ" (Azərbaycan) – 2014/15
"Roma" (İtaliya) – 2014/15