Gənc futbolçulardan ibarət rəmzi komanda
Avropa liqaları

Gənc futbolçulardan ibarət rəmzi komanda

  • 2021-12-09

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 20 yaşadək futbolçulardan ibarət 2021-ci ilin rəmzi komandasını açıqlayıb.

Qurumun saytına istinadən, ən yaxşı "11-lik"də aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Anatoli Trubin ("Şaxtyor" Donetsk)

Müdafiəçilər: Benua Badyaşil ("Monako"), Erik Qarsiya ("Mançester Siti"/"Barselona"), Nunu Mendeş ("Sportinq"/"PSJ")

Yarımmüdafiəçilər: Cud Bellingem ("Borussiya" Dortmund), Pedri ("Barselona"), Eduardu Kamavinqa ("Renn"/"Real"), Bukayo Saka ("Arsenal")

Hücumçular: Rodriqo ("Real"), Meyson Qrinvud ("Mançester Yunayted"), Jamal Musiala ("Bavariya")