"Real" 225 milyon avro kredit götürdü
- 2021-12-09
"Real" ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun yenidənqurma işlərini genişləndirmək üçün 225 milyon avro kredit götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi stadionda ilkin layihədə nəzərdə tutulmayan böyük yeraltı istixana tikmək niyyətindədir. Bildirilir ki, bu istixana sayəsində arenanın ot örtüyü optimal və mükəmməl formada qalacaq. Beləliklə, qazona təsir etmədən həyata keçirilə bilən fəaliyyətlərin sayı maksimuma çatacaqdır.
"Real" götürdüyü 225 milyon krediti 27 il ərzində 1,53 sabit faizlə geri qaytaracaq. Qeyd olunub ki, bu, uzunmüddətli maliyyələşdirmə üçün ən yaxşı kredit şərtləridir.