Noyabr ayının ən yaxşısı
Avropa liqaları

Noyabr ayının ən yaxşısı

  • 2021-12-08

İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Ötən ayın ən yaxşısı "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu olub.

Türkiyə millisinin üzvü noyabrda "Milan", "Napoli", "Venesiya" və "Speziya" ilə oyunlarda ümumilikdə 3 qol vurub, 1 qolun ötürməsini verib.

Qeyd edək ki, Çalhanoğlu bu ilin yayından "İnter"də oynayır.