"Onun haqqında kitab yazmasalar, özüm yazacağam"
Avropa liqaları

"Onun haqqında kitab yazmasalar, özüm yazacağam"

  • 2021-12-07

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Divoka Oriqini tərifləyib.

"The Athletic"ə istinadən, o, belçikalı oyunçu ilə bağlı deyib: "Divok Oriqi əfsanədir. Onun haqqında kitablar yazılacaq. Bu baş verməsə, mən bunu edəcəyəm".

Qeyd edək ki, Oriqi bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 2 qolun ötürməsini verib.