"Ümid edirəm ki, Messi səmimi idi"
Avropa liqaları

"Ümid edirəm ki, Messi səmimi idi"

  • 2021-12-07

"Bavariya"nın futbolçusu Robert Levandovski "PSJ"nin oyunçusu Lionel Messinin "Qızıl top"u qazandıqdan sonra onun haqqında dediyi sözlərə münasibət bildirib.

"Sport.es"ə istinadən, Messi mükafatlandırma mərasiminin ardından açıqlamasında Levandovskinin "Qızıl top"a layiq olduğunu bildirmişdi. 33 yaşlı hücumçu isə argentinalı oyunçunun bu sözlərinə belə reaksiya verib: “Ümid edirəm ki, bu, sadəcə sözlər deyil, böyük oyunçunun səmimi ifadəsi idi". 

Qeyd edək ki, Messi səsvermədə Levandovskini 33 xal qabaqlayaraq karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb.