Ramos yenə oynamayacaq
- 2021-12-03
"PSJ"nin futbolçusu Serxio Ramos Fransa çempionatının 17-ci turunda "Lans"la oyunu buraxacaq.
"Football Espana"ya istinadən, ispan müdafiəçi əzələsində yorğunluq hiss edir. Paris klubunun baş məşqçisi Maurisio Poçettino 35 yaşlı oyunçunu sözügedən matçda iştirak etməyəcəyini deyib.
Qeyd edək ki, Ramos yayda "PSJ" ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. O, indiyə kimi cəmi 1 görüşdə - ölkə çempionatının 15-ci turunda "Sent-Etyen"lə (3:1) qarşılaşmada oynayıb.