Bəzi klublarımız cərimə olundu
- 2021-12-03
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda Premyer Liqanın 12-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
"Neftçi" – "Səbail" oyununun 52-ci dəqiqəsində "Neftçi" azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
"Səbail" klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.
"Sabah" – "Keşlə" oyununda "Keşlə"nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
"Qəbələ" – "Qarabağ" oyununda "Qəbələ"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
"Sumqayıt" – "Zirə" oyununda "Zirə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.