Azərbaycanda VAR sisteminə vəsait ayrıldı
Avropa liqaları

Azərbaycanda VAR sisteminə vəsait ayrıldı

  • 2021-12-02

Azərbaycan futbolunda tətbiq ediləcək VAR layihəsinə maliyyə vəsaiti ayrılması təsdiqlənib.

Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib.

Qərara əsasən, VAR layihəsi üçün 500 min dollar məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanda VAR sisteminin 2022-ci ildən tətbiq olunması nəzərdə tutulur.