Futbolda az rast gəlinən hadisə - Video
- 2021-12-02
Ziraat Türkiyə kubokunda "Hatayspor" - "Eyüpspor" matçında futbol tarixində az rast gəlinən hadisə yaşanıb.
"Hürriyət"ə istinadən, qonaq komandanın hər iki qapıçısı qırmızı vərəqə aldığı görüşdə hücumçu Mame Diuf iki dəfə qapını qoruyub. "Hatayspor"un əsas qapıçısı Abdullah Yigiter 90+4-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Komanda əsas vaxtda 5 əvəzetmə hüququnun hamısından istifadə etdiyi üçün hücumçu Mame Diuf qapını qoruyub.
Əlavə vaxtda ehtiyat dəyişiklik hüququndan istifadə edən "Hatayspor" ikinci qapıçı Yavuz Buğra Boyarı oyuna daxil edib. Ancaq o da 120+1-ci dəqiqədə qırmızı vərəqə alıb və yenidən Mame Diuf əlcək geyinib.
Maraqlıdır ki, penaltilər seriyasında ilk zərbəni məhz M.Diuf yerinə yetirib və dəqiq olub. Daha sonra o, yenidən qapnı qoruyub. Yekunda "Hatayspor" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gəlib.