Liderdən xal itkisi
Avropa liqaları

Liderdən xal itkisi

  • 2021-12-02

İtaliya A seriyasında 15-ci turun oyunları davam edir.

Növbəti oyun günündə daha 4 görüş keçirilib.

Lider "Napoli" "Sassuolo"nun qonağı olub və xal itirib. "Milan" isə səfərdə "Cenoa"nı böyük hesabla məğlub etməklə liderlə xal fərqini azaldıb. Son çempion "İnter" doğma meydanda "Spetsiya"nı məğlub edib. "Roma" isə "Bolonya" ilə səfər oyununda məğlub olub. 

1 dekabr

"Bolonya" – "Roma" - 1:0
Qol: 
Svanberq, 35.

"İnter" – "Spetsiya" - 2:0
Qol:
 Qalyardini, 36. L.Martines, 58-pen.

"Cenoa" – "Milan" - 0:3
Qol:
 İbrahimoviç, 10. Messias, 45+2; 61.

"Sassuolo" – "Napoli" - 2:2
Qol:
 Skamakka, 72. Ferrari, 89 – F.Ruis, 51. Mertens, 60.

Bu nəticələrdən sonra turnir cədvəlinə 36 xalla "Napoli" başçılıq edir. "Milan" 35 xalla 2-ci, "İnter" 34 xlla 3-cü, "Atalanta" 31 xalla 4-cü, "Roma" 25 xalla 5-cidir.