"Qızıl top"a Levandovski layiq idi"
Avropa liqaları

"Qızıl top"a Levandovski layiq idi"

  • 2021-12-01

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "PSJ"nin futbolçusu Lionel Messinin növbəti dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

İsveçli oyunçu "Corriere della Sera"ya açıqlamasında bu mükafata "Bavariya"nın hücumçusu Robert Levandovskinin daha layiq olduğunu deyib: "Messi futbolla yaşayır. Ancaq bu il "Qızıl top"u qazanmağa Levandovski layiq idi".

40 yaşlı forvard Messi ilə Kriştiano Ronaldonu da müqayisə edib: "Hər ikisi çox güclüdür. Mən Messi deyərdim. Çünki onunla bir komandada oynamışam".