Messi məşqə çıxmadı
Avropa liqaları

Messi məşqə çıxmadı

  • 2021-12-01

"PSJ"nin futbolçusu Lionel Messi komandanın son məşqində iştirak etməyib.

Klubun rəsmi saytına istinadən, argentinalı futbolçu qastroenterit (mədə-bağırsaq pozğunluğu) simptomlarına görə komandadan kənarda qalıb. Leandro Paredes də eyni səbəbdən "PSJ"nin məşqində iştirak etməyib.

 

Xatırladaq ki, Messi noyabrın 29-da 7-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb.