Hazard yenə zədələndi
Avropa liqaları

Hazard yenə zədələndi

  • 2021-11-30

"Real"ın yarımmüdafiəçisi Eden Hazard yenidən səhhətində problemlər yaşayır.

"Goal.com"a istinadən, belçikalı oyunçu əzələsindən zədə alıb. Onun La Liqanın 9-cu turunda sabah keçiriləcək "Atletik"ə qarşı matçda oynamayacağı bildirilib. 

Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm "Real"da 11 oyuna çıxıb, 1 qolun ötürməsini verib.