İlin ən yaxşı qadın futbolçusu müəyyənləşdi
Avropa liqaları

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşdi

  • 2021-11-30

2021-ci ilin ən yaxşı qadın futbolçusu açıqlanıb.

"Qızıl top" mükafatının təqdimetmə mərasimində mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb.

O, "Barselona"da komanda yoldaşı olan Cennifer Ermosonu və "Çelsi"nin oyunçusu Samanta Kerri qabaqlayıb.