Messi növbəti dəfə  "Qızıl top" mükafatını qazandı
Avropa liqaları

Messi növbəti dəfə "Qızıl top" mükafatını qazandı

  • 2021-11-30

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

Argentina millisinin və "PSJ"nin hücumçusu Lionel Messi bu ada layiq layiq görülüb.

34 yaşlı hücumçu 7-ci dəfə bu mükafata sahib çıxmaqla öz rekordunu yeniləyib. "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski 2-ci, "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo isə 3-cü olub. Mükafata əsas namizədlərdən sayılan "Real"ın fransalı hücumçusu Kərim Benzema 4-cü yeri tutub.