"Yuventus"da ciddi itki
Avropa liqaları

"Yuventus"da ciddi itki

  • 2021-11-29

"Yuventus"un hücumameyilli yarımmüdafiəçisi Federiko Kyeza zədə səbəbindən bu ilin qalan hissəsini buraxacaq. 

"Sky Sport İtalia"ya istinadən, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri məlumat verib.

Kyeza İtaliya A Seriyasının 14-cü turunun "Atalanta" ilə oyunda (0:1) zədələnib. Onun yanvarda yaşıl meydanlara qayıdacağı bildirilib.

Qeyd edək ki, Kyeza bu mövsüm A Seriyasında 12 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.