6 həftə yaşıl meydanlardan kənar qala bilər
- 2021-11-29
Ötən gün Fransa Liqa 1-in 15-ci turunda "Sent Etyenn"lə oyunda zədələnən "PSJ"nin futbolçusu Neymar ilkin tibbi müayinədən keçib.
"RMC"yə istinadən, topuğundan zədə alan braziliyalı hücumçu 6 həftə yaşıl meydanlardan kənar qala bilər. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək.
Xatırladaq ki, görüşün sonun yaxın rəqib futbolçunun kobud oynaması nətcəsində yerdə qalan Neymara həkimlər bir neçə dəqiqə yardım göstərib və meydanı xərəkdə tərk edib.