"Atletiko"dan səfərdə 4 qol
Avropa liqaları

"Atletiko"dan səfərdə 4 qol

  • 2021-11-29

"Atletiko" La Liqada 15-ci tur oyununa çıxıb.

Madrid klubu səfərdə "Kadiz"lə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

"Kadiz" - "Atletiko" - 1:4
Qollar:
 Lemar, 56 (0:1), Qrizmann, 70 (0:2), Korrea, 76 (0:3), Oblak, 86 (1:3)

Bu qələbə ilə xalını 29-a çatdıran Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 33 xalla "Real" başçılıq edir.