"Qalatasaray"ın sabiq prezidenti vəfat etdi
Avropa liqaları

"Qalatasaray"ın sabiq prezidenti vəfat etdi

  • 2021-11-28

"Qalatasaray"ın sabiq prezidenti Mustafa Cengiz vəfat edib.

Klubun mətbuat xidmətinə istinadən, 72 yaşlı sabiq prezident bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Cengiz 2018-ci ildən bu ilin iyun ayına qədər "Qalatasaray"a rəhbərlik edib. Bu müddət ərzində İstanbul təmsilçisi iki dəfə Superliqanı, 1 dəfə Türkiyə kubokunu və 1 dəfə Türkiyə Superkubokunu qazanıb.