"Bavariya"dan yeni rekord
Avropa liqaları

"Bavariya"dan yeni rekord

  • 2021-11-28

"Bavariya" yeni rekorda imza atıb.

"Opta Franz"ya istinadən, komanda buna Almaniya Bundesliqasının 13-cü turunda "Arminiya"ya 1:0 hesabı ilə qalib gələrək nail olub. Bununla da, Münhen təmsilçisi 2021-ci ildən Bundesliqada vurduğu qolların sayını 102-ə yüksəldib. Beləliklə, "Bavariya" bir təqvim ilində qolların sayına görə turnir rekorduna imza atıb.

Qeyd edək ki, əvvəlki rekord 1977-ci ildə 101 qol vuran "Köln"ə məxsus idi.