"Beşiktaş"ın baş məşqçisi istefa verir
- 2021-11-28
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın komandası ilə yollarını ayırmağa hazırlaşır.
Türkiyə mətbuatına istinadən, 49 yaşlı mütəxəssis bu gün klub prezidenti Ahmet Nur Çebi ilə görüşdə istefa ərizəsini təqdim edəcək. Çebi Sergen Yalçının ərizəsini qəbul edəcəyi təqdirdə, onunla yollar ayrılacaq. Yalçının belə qərara gəlməsinin səbəbi"Beşiktaş"ın bu mövsümdə uğursuz çıxış etməsidir.
Qeyd edək ki, S.Yalçın ötən ildən İstanbul təmsilçisini çalışdırır.
Əlavə edək ki, "Beşiktaş" hazırda Superliqanın turnir cədvəlində 20 xalla 10-cudur.