"Barselona"dan çətin səfər qələbəsi
Avropa liqaları

"Barselona"dan çətin səfər qələbəsi

  • 2021-11-28

"Barselona" La Liqanın 14-cü turunda "Vilyarreal"la qarşılaşıb. 

Qarşılaşma Kataloniya klubunun qələbəsi ilə yekunlaşıb - 1:3. 

Görüşdə hesabı 48-ci dəqiqədə Frenki de Yonq açıb. Samuel Çukveyz 76-cı dəqiqədə hesabı bərabərləşdirib. Lakin 88-ci dəqiqədə Memfis Depay yenidən "Barselona"ya üstünlük qazandırıb. Koutinyo isə 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yekun hesabı müəyyənləşdirib

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 23 xalla 7-ci, "Vilyarreal" isə 16 xalla 12-cidir.