"Beşiktaş" yenə məğlub oldu
Avropa liqaları

"Beşiktaş" yenə məğlub oldu

  • 2021-11-28

Türkiyə Super Liqasında 14-cü turun oyunları davam edir.

Dünən daha üç matç keçirilib.

“Beşiktaş” doğma meydanda “Girəsunspor”a 0:4 hesabı ilə uduzub. “Antalyaspor” evdə “Alanyaspor”a 3:0 hesabı ilə qalib gəlib. “Rizəspor” isə “Kayserispor”u 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Trabzonspor" başçılıq edir. "Hatayspor" 26 xalla 2-ci, "Konyaspor" eyni xalla 3-cüdür.

27 noyabr
 
"Antalyaspor" – "Alanyaspor" - 3:0
Qollar: 
Balçı, 40, Mukayru, 68, Floranus, 90
 
"Rizəspor" – "Kayserispor" - 1:0
Qol
: Ay, 48
 
"Beşiktaş"– "Girəsunspor" - 0:4
Qol:
 Diabate, 22, Balde, 55, Serjinyo, 64, Çampness, 90