"Liverpul" 82 il sonra...
- 2021-11-25
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Portu" ilə matç "Liverpul" üçün əlamətdar olub.
"Mersisaydlılar" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Liverpul" ardıcıl 16 matçda ən az 2 qol vurub. Bununla da komanda son 82 ildə belə nəticə göstərən ilk İngiltərə klubu adını qazanıb.
"Liverpul" son dəfə avqustun 28-də "Çelsi" ilə görüşdə cəmi 1 qol vura bilib.
Qeyd edək ki, 82 il əvvəl bu uğura "Vulverhempton" imza atmışdı.