Mourinyodan futbolçusuna hədiyyə
Avropa liqaları

Mourinyodan futbolçusuna hədiyyə

  • 2021-11-23

"Roma"nın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Feliks Afena-Qyana verdiyi sözü tutub. 

İtaliya mətbuatına istinadən, portuqaliyalı mütəxəssis 18 yaşlı oyunçuya A Seriyasının 13-cü turunda "Cenoa" ilə matçda (2:0) qol vuracağı təqdirdə, ona idman ayaqqabası alacağını deyib. Qyan sözügedən görüşdə dubla imza atıb. 

Mourinyo verdiyi sözə əməl edərək qanalı futbolçuya 800 avro dəyərində idman ayaqqabısı hədiyyə edib.