Mbappe məşqi buraxdı
Avropa liqaları

Mbappe məşqi buraxdı

  • 2021-11-23

"PSJ"nin hücumçusu Kilian Mbappe komandanın dünənki məşqində iştirak etməyib. 

"L'Equipe"yə istinadən, fransalı futbolçu xəstə olduğu üçün meydana çıxa bilməyib. Mbappe ilə bağlı ciddi bir şeyin olmadığı vurğulanıb.

22 yaşlı oyunçunun tezliklə məşqlərə qayıdacağı gözlənilir. Kilianın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Mançester Siti" ilə keçiriləcək oyuna kimi tam sağalıb-sağala bilməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Mbappe bu mövsüm "PSJ"nin heyətində bütün turnirlərdə 17 matça çıxıb, 8 qol vurub və 12 qolun ötürməsini verib.