Messi "Barselona"ya qayıtmaq istəyindən danışdı
Avropa liqaları

Messi "Barselona"ya qayıtmaq istəyindən danışdı

  • 2021-11-23

"PSJ"nin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq istəyindən danışıb.

"Marca"ya istinadən, argentinalı hücumçu deyib: "Mən həmişə demişəm ki, nə vaxtsa "Barselona"ya qayıdacağam, çünki bura mənim evimdir. Bacardığım qədər kluba kömək etməyə çalışmaq istəyirəm. Əgər kluba töhfə verə bilsəm və kömək edə biləcəyəmsə, geri qayıtmaq istərdim".

Qeyd edək ki, 2021-ci ilin iyununda "Barselona" ilə müqaviləsi başa çatan Messi avqustda "PSJ"yə azad agent kimi keçib.