"The Best" mükafatına namizədlər açıqladı
- 2021-11-22
"The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Namizədlər arasında Fransa "PSJ"sindən Kilian Mbappe, Lionel Messi və Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne, "Mançester Yunayted"dən Kriştianu Ronaldu, "Çelsi"dən Jorjinyo və N Qolo Kante, "Liverpul"dan Məhəmməd Salah, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann və Almaniya "Bavariya"sından Robert Levandovski yer alıb.
Ən yaxşı qadın futbolçu adına namizədlər:
1. Stina Blakstenius (İsveç / "Hekken")
2. Aytana Bonmati (İspaniya / "Barselona")
3. Lüsi Bronz (İngiltərə / "Mançester Siti")
4. Maqdalena Eriksson (İsveç / "Çelsi")
5. Karolina Hansen (Norveç / "Barselona")
6. Pernille Harder (Danimarka / "Çelsi")
7. Cennifer Ermoso (İspaniya / "Barselona")
8. Çi Soyun (Cənubi Koreya / "Çelsi")
9. Samanta Kerr (Avstraliya / "Çelsi")
10. Vivianne Midema (Niderland / "Arsenal")
11. Aleksiya Putelyas (İspaniya / "Barselona")
12. Kristina Sinkleyr (Kanada / "Portlend Torns")
13. Ellen Uayt (İngiltərə / "Mançester Siti")
Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda ən yaxşı oyunçu, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, Fair Play, ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək. Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.
Qeyd edək ki, ötən il FIFA-nın versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu adına polşalı hücumçu Robert Levandovski yiyələnmişdi.