Levandovski ilin futbolçusu seçildi
- 2021-11-22
"Tuttosport" nəşri 2021-ci ilin ən yaxşı futbolçularını seçilib.
"Bavariya"nın hücumçusu Robert Levandovski birinci olub. İkinci yerə "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo seçilib. "PSJ"dən Lionel Messi isə 3-cü olub.
Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.
Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen təmsilçisində oynayır.