Danilo üçün il başa çatdı
- 2021-11-22
"Yuventus"un futbolçusu Danilo zədələnib.
30 yaşlı müdafiəçi A seriyasının 13-cü turunda "Latsio" ilə oyunda (2:0) sıradan çıxıb. Ancaq onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Danilo bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib və 1 qolun ötürməsini verib.