"Real" liderliyə yüksəldi
Avropa liqaları

"Real" liderliyə yüksəldi

  • 2021-11-22

La Liqada 13-cü turun oyunları davam edir.

"Real" 13-cü tur çərçivəsində "Qranada" ilə qarşılaşıb. Madrid təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, "Real" bu qələbə sayəsində xallarının sayını 30-a çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib. "Qranada" isə 11 xalla 16-cıdır. 

"Qranada" - "Real" - 1:4

Qollar: Suares, 34 - Asensio, 19, Fernandes, 25, Junior, 56, Mendi, 76