Peres növbəti dəfə Avropa Superliqası haqqında danışdı
Avropa liqaları

Peres növbəti dəfə Avropa Superliqası haqqında danışdı

  • 2021-11-21

"Real"ın prezidenti Florentino Peres növbəti dəfə Avropa Superliqası layihəsi haqqında danışıb. 

O, klubun saytına açıqlamasında deyib: 

"Avropa Super Liqası sadəcə yeni bir turnir deyil, daha çox şeydir. O, futbolun indiki dinamikasını dəyişməyə çalışır. Çünki heç nə etməsək, oyun getdikcə məhv olacaq. Superliqa ölkə çempionatlarına hörmətlə yanaşır. Bu layihənin liqalara hörmətlə hazırlandığını inkar etmək olmaz. Əslində, bütün təsisçi klub müqavilələri Super Liqanın yalnız klubların milli yarışlarda iştirakına uyğun gələn şəkildə inkişaf edəcəyini açıq şəkildə göstərir". 

Qeyd edək ki, aprelin 18-də  "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi" (hamısı İngiltərə), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Milan" və "İnter" (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını  bildirmişdi.