"Yuventus" "Latsio"nu məğlub etdi
Avropa liqaları

"Yuventus" "Latsio"nu məğlub etdi

  • 2021-11-21

"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Turin klubu 13-cü turda "Latsio"nun qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Latsio" - "Yuventus" - 0:2
Qol: Bonuççi, 23-pen, 83-pen

Bu qələbə ilə xalını 21-ə yüksəldən "Yuventus" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Latsio" eyni xalla 5-cidir. Turnir cədvəlinə 32 xalla "Napoli" başçılıq edir.