Müller üçün "Auqsburq"la matç əlamətdar olub
- 2021-11-20
"Bavariya"nın futbolçusu Tomas Müller üçün Almaniya Bundesliqasının 12-ci turunda "Auqsburq"la matç (1:2) əlamətdar olub.
"Opta"ya istinadən, bu görüşlə 32 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin heyətində 600-cü oyununa çıxıb. Bununla da, Müller sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb.
Qeyd edək ki, "Bavariya"da ən çox oyun keçirən sabiq qapıçı Zepp Mayer (661 oyun) birinci Oliver Kan isə (632) 2-cidir.