Neymar zədələndi
Avropa liqaları

Neymar zədələndi

  • 2021-11-19

Braziliya millisinin və "PSJ"nin futbolçusu Neymar zədələnib.

"L Equipe"-ə istinadən, o yığmanın düşərgəsində sıradan çıxıb. 29 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. Təcrübəli oyunçu bu səbəbdən "Nant"a qarşı Liqa 1 matçını buraxacaq. Onun İngiltərənin "Mançester Siti" klubu ilə Çempionlar Liqasının qrup oyununda meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Qeyd edək ki, Zədəsini yenicə sağaldan Serxio Ramos, Marko Verratti və Presnel Kimpempenin isə qarşıdakı görüşdə oynayacağı gözlənilir.