"Liverpul"un iki oyununu buraxa bilər
- 2021-11-18
"Liverpul"un futbolçusu Endryu Robertson Şotlandiya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Danimarka ilə oyunda (2:0) zədə alıb.
"The Times" nəşrinə istinadən, Mersisayd təmsilçisinin məşqçilər heyəti zədənin ciddi olmadığını düşünür. Lakin 27 yaşlı futbolçunun Premyer Liqada "Arsenal" (20 noyabr) və Çempionlar Liqasında "Porto"ya (24 noyabr) qarşı keçiriləcək oyunları buraxmaq ehtimalı var.
Qeyd edək ki, Robertson bu mövsüm "Liverpul"da 12 oyuna çıxıb və 2 qol ötürməsi verib.