Poqba üçün 2021-ci il erkən başa çatdı
- 2021-11-18
"Mançester Yunayted"in futbolçusu Pol Poqba bu il meydana qayıtmayacaq.
"AS"a istinadən, o, Fransa millisi ilə məşqdə aldığı sağ bud zədəsi səbəbindən ən azı 6 həftə buraxacaq .
Bildirilib ki, Poqba Fransa və İngiltərədə reabilitasiyadan keçməyəcək. Yarımmüdafiəçi fərdi məşqçi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib və 7 qol ötürməsi verib.