"Atletiko"da ciddi itki
Avropa liqaları

"Atletiko"da ciddi itki

  • 2021-11-17

"Atletiko"nun zədəli futbolçusu Kiran Trippyerin son durumu məlum olub.

"Marca"ya istinadən, La Liqanın 13-cü turunun "Valensiya" ilə matçında (3:3)  zədələnən ingilis müdafiəçi ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Trippyer "Valensiya" ilə səfərdə keçirilən görüşün 8-ci dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmişdi.