Beyl yenə zədələndi
Avropa liqaları

Beyl yenə zədələndi

  • 2021-11-17

"Real"ın futbolçusu Qaret Beyl zədə səbəbindən qarşıdakı matçları buraxacaq.

"Cope"yə istinadən, 32 yaşlı oyunçu Uels millisinin düşərgəsində baldırından zədə alıb. Onun bərpa müddətinin 2-3 həftə çəkəcəyi bildirilib.

Qeyd edək ki, Beyl bu mövsüm La Liqada cəmi 3 oyunda iştirak edib və 1 qol vurub.