"Yuventus"da ciddi itki
Avropa liqaları

"Yuventus"da ciddi itki

  • 2021-11-17

"Yuventus"un yarımmüdafiəçisi Federiko Bernardeski zədələnib.

İtaliya mətbuatına istinadən, 27 yaşlı futbolçu tibbi müayinədən keçib və onun əzələsində qırılma aşkarlanıb. "Yuventus" Bernardeskanın sağalmasının dəqiq vaxtını açıqlamayıb, yalnız 10 gün sonra futbolçunun yenidən müayinə olunacağı məlum olub.

Bu o deməkdir ki, Federiko A Seriyasında "Latsio" ilə matçı, həmçinin Çempionlar Liqasının "Çelsi" ilə oyunu dəqiq buraxacaq.